01 sentyabr 2021 12:30
1576

Vaqif Dərgahlı Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edildi

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “İki sahil”ə bildiriblər ki, Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin  Mətbuat Xidmətinin rəisi  polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.