01 sentyabr 2021 11:49
940

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramı qeyd edilib FOTO

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki,  mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun  komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil edilib, eləcə də  Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə dair film təqdim olunub.

Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və  iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub.
Qardaş Türkiyə Respublikasının şanlı Zəfər bayramına həsr olunan  tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.