31 avqust 2021 12:06
957

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə birgə təlim keçirəcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov bildirib.

O qeyd edib ki, “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatandan sonra Rusiya, Azərbaycan, İran və Qazaxıstandan olan iştirakçılar Xəzər dənizində birgə təlim keçirəcək.