26 avqust 2021 11:57
1254

Müdafiə Nazirliyi məlumat yaydı: Hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib

 Cəmil Babayev hospitalın psixiatriya bölməsini özbaşına tərk edib

Müdafiə Nazirliyi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda qeyd edilir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.  Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.