21 avqust 2021 16:16
1537

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.