20 avqust 2021 09:45
1044

Yük maşını küçədə oynayan uşağın həyatına təhlükə törətdi

Türkiyənin Çanaqqala şəhərində tikinti materiallarını daşıyan yük maşını azyaşlının həyatına təhlükə törədib.

“İki sahil" Oxu.Az-a istinadən verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Belə ki, yoxuşla hərəkət edən avtomobilin kuzasında olan tikinti materialları yerə tökülməyə başlayıb və küçədə oynayan azyaşlının həyatına təhlükə törədib.

Xoşbəxtlikdən uşaq hadisəyə zamanında reaksiya verməyi bacarıb.