18 avqust 2021 13:58
1139

DSX rəisinin iki müavini ehtiyata buraxılıb

Dövlət Sərhəd Xidməti rəisinin iki müavini ehtiyata buraxılıb.

“İki sahil”  DSX-ya istinadla xəbər verir ki, DSX rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri - general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar.