18 avqust 2021 09:36
1246

Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.