17 avqust 2021 13:44
1065

MN Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydı VİDEO

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir.

“İki sahil” xəbər verir ki,  bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirirlər.

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.