16 avqust 2021 11:35
1101

MN: Bir hərbçimizin həlak olması barədə Ermənistanın yaydığı məlumat yalandır

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.