13 avqust 2021 15:41
1112

Türkiyədə “Dağ komando kursunda” iştirak edən hərbçilərimiz FOTO

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.