13 avqust 2021 13:36
1290

Tanklarımız döyüş hazırlığı məşğələlərinə başladı VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.