Ermənistanda yerləşən Rusiya qoşunlarının bir hissəsi Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşdirilib.
"İki sahil" rus mediasına istinadən xəbər verir ki, sərhədçilərin ərazidə hərəkətini göstərən foto sosial şəbəkələrdə paylaşılıb.
Rusiya sərhədçiləri Kəlbəcərlə Basarkeçər rayonunun sərhədində mövqe tutduğu xəbər verilir. Ərazidə nə qədər rus hərbçisinin olduğu məlum deyil.