04 avqust 2021 14:54
933

Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycandan Ermənistan ərazisinə PUA göndərilməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

MN bildirir ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.