27 iyul 2021 21:32
957

Muxtar respublikada müasir hərbi infrastruktur yaradılıb

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılıb, hərbi zavodun və anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.

Babək və Şərur rayonlarında saxlancların tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib, Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılıb, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının yenidən qurulması, Şərur rayonunda 6-cı sərhəd zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilib.

Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200” markalı xidməti avtomobillər təqdim olunub.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil və Sədərək rayonunda bir ailəyə xidməti mənzil təqdim olunub.