26 iyul 2021 17:17
1023

Müdafiə Nazirliyi açıqlama yayıb

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.

Bu barədə "İki sahil"ə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

"Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb", - məlumatda bildirilib.