23 iyul 2021 19:07
1714

Nizam Osmanov müdafiə nazirinin müavini, idarə rəisi təyin olunub

General-leytenant Nizam Ramazan oğlu Osmanov müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Sərəncama əsasən, N.Osmanov Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.