Fiziki şəxsin əldə etdiyi kriptovalyutaların pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirləri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir.
"İki sahil" milli.az-a istinadən xəbər verir ki, kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. Bu zaman kriptovalyuta satışından əldə olunan gəlirdən kriptovalyutanın alınmasına ödənilmiş məbləğ çıxılır və qalan fərqdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanıb ödənilir.