19 may 2021 20:01
1355

Şamaxıda Kələxana türbələri dövlət mühafizəsinə götürülüb

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” (8 ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

"İki sahil" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, türbələr XVII əsrdə inşa olunub: “Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər. “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.