Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
"İki sahil" xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxacaq və “Mata Hari” mahnısını ifa edəcək. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?