Xalq artisti Şamil Süleymanlı 29 il sonra Şuşadakı evinə gedib.
"İki sahil" xəbər verir ki, aktyor həmin an lentə alınan videokadrları feysbukda paylaşıb. Sevincini bölüşən aktyor bildirib ki, uşaqlığı həmin evdə keçib. Sənətçi paylaşımına "Allah hamını arzusuna çatdırsın" sözlərini yazıb.
Aktyorun qızı Solmaz isə atasının 1994-cü ildə Məkkə ziyarətinə gedən zaman Şuşa məscidində namaz qılmağı dilədiyini bildirib: "27 il ötdü. Atam Şuşa məscidində namaz qılır".
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?