15 May, 2021-ci il tarixində İtaliyanın “Modern Diplomacy” kütləvi informasiya vasitəsində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin və Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədovanın, mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalına həsr olunmuş məqaləsi dərc edilmişdir.
“İki sahil”in məlumatına görə, məqalədə bildirilir ki, Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Həm dini və etnik məsələlər, həm multikulturalizm bir-biri ilə sıx əlaqəlidir.Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri yüksək səviyyədə tolerant münasibətdə yaşayırlar. Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış Vətən müharibəsi regionda yeni reallıqlar yaratmaqla yanaşı, fərqli xalqlar və mədəniyyətlər arasında sağlam münasibətlərin, birgəyaşayış normalarının formalaşmasında ölkəmizin zəngin təcrübəsinin üstünlüklərini bir daha nümayiş etdirdi. Ölkədə müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin iqtisadi-siyasi və mədəni inkişafında, onun ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayırlar. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların və dini icmaların çoxsaylı nümayəndələri - əsgər və zabitləri vardır və onlar vətənimizin işğaldan azad olunmasında xüsusii fədakarlıq göstərirlər.
“Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.
Eyni zamanda qeyd edilmişdir ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 30 ildən sonra, Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olundu və bundan sonra hər il təşkil ediləcəkdir.
Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər, qələbənin əldə edilməsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.
“Xarıbülbül” festivalında Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edərək və bir daha Azərbaycandan -Şuşadan, dünyaya mesaj verdilər ki, bu cür inkişaf etmək lazımdır. Sadəcə çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Azərbaycan bu gün həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edir və bunun mümkünlüyünü bir daha uğurları ilə göstərir.
Məqalə haqqında əlavə məlumat üçün: https://moderndiplomacy.eu/2021/05/15/kharibulbul-festival-represents-a-multi-ethnic-multi-confessional-and-multicultural-azerbaijan/amp/
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?