Bərdə Regional Mədəniyyət İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Mingəçevir şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda bilik yarışması təşkil edib. “İki sahil” xəbər verir ki, intellektual yarışa Bərdə, Tərtər, Yevlax və Mingəçevirdən mədəniyyət işçiləri qatılıb.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, intellektual yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaqdır.
İntellektual yarışın münsiflər heyəti qismində Mingəçevir şəhərindən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, YAP Mingəçevir şəhər təşkilatı, Mingəçevir Regional Debat Mərkəzinin nümayəndələri, o cümlədən Mingəçevir şəhər şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin və Mingəçevir şəhər 11 illik musiqi məktəbinin rəhbərləri iştirak edib.
Yarışda Bərdə rayonunu “Qarabağ”, Tərtər rayonunu “Suqovuşan”, Mingəçevir şəhərini “Nur”, Yevlax şəhərini isə “Kür” komandası təmsil edib. Üç turdan ibarət yarış Mingəçevir şəhərinin “Nur” komandasının qələbəsi ilə başa çatıb. Turlar arası fasilədə mədəniyyət işçiləri tərəfindən musiqi nömrələri ifa edilib.
Sonda qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?