Dünyaca məşhur model və musiqiçi Nick Kamen 59 yaşında vəfat edib.
"İki sahil" türk mediasına istinadən xəbər verir ki, ailəsi musiqiçinin uzun sürən xəstəlikdən həyatını itirdiyini deyib.
Kamenin karyerası 1985-ci ildə oynadığı bir reklam filmi sayəsində dəyişib. Reklamdakı rolu ilə Madonnanın diqqətini çəkən Kamen özünü pop ifaçı kimi sınayıb və onun dəstəyi ilə 1986-cı ildə “Each Time You Break My Heart” adlı musiqi ilə məşhurlaşıb. 1987-1992-ci illərdə daha dörd mahnıya imza atan Kamen 1996-cı ildə “Loving You Is Sweeter Than Ever” mahnısını yenidən ifa edərək hit olub.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?