Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər həmçinin Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana baş tutacaq səfəri barədə də müzakirə aparıblar.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?