03 may 2021 10:59
1105

Fulya Öztürk haqqında sənədli film çəkiləcək

Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək.

Bu barədə "İki sahil"ə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviçdir. 

“Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olan layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək. Çəkilişlər İstanbul, “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq. 

Filmin çəkilişlərinə iyun ayında start veriləcək.