02 may 2021 17:17
1026

“Səs Uşaqlar”ın final gecəsi keçiriləcək

Bu gün yüzlərlə iştirakçısı, milyonlarla tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsinin final mərhələsi keçiriləcək.

"İki sahil" xəbər verir ki, böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən yayımlanacaq.

“Səs Uşaqlar”ın qalibini məhz tamaşaçılar müəyyən edəcək. Mayın 2-si saat 21:00-da, İctimai TV-dən uşaqların səsi gələcək.