Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 27-ci sayı çapdan çıxıb. “İki sahil” xəbər verir ki, baş redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiya əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları, Rauf Bəhmənli, Mehparə Rzayeva, BMA-nın əməkdaşları Röya Hüseynova, Fidan Hüseynovanın qələmindən çıxan və 2021-ci ilin yanvar-mart aylarını əhatə edən ölkənin ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılıb. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər və yeni layihələr haqqında xəbərlər dərc olunub.
Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, cənab Prezidentin İlham Əliyevin Şuşa səfəri, BMA-nın həyata keçirdiyi beynəlxalq və respublika konfransları, 20 yanvar və Xocalıya həsr olunmuş anım tədbirləri, yubileylər, beynəlxalq layihələr, tələbələrimizin uğurları və bir çox xəbərlər haqqında ətraflı məlumat alacaqlar.
Onu da qeyd edək ki, jurnalın üz səhifəsi tarixi torpağımız, mədəniyyət beşiyimiz Şuşaya həsr olunub.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?