Sosial şəbəkələrdə və KİV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) "İki sahil"ə bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır: "Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib".
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?