27 aprel 2021 10:07
1272

Arif Quliyevin qızı: Atamın vəziyyəti ağır olaraq qalır

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son vəziyyəti açıqlanıb.

"İki sahil"in məlumatına görə, Xalq artsitinin qızı Günel Quliyeva “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, - o deyib.

Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.