27 aprel 2021 09:41
1214

Baloğlan Əşrəfov dəfn edilib

Əməkdar artist Baloğlan Əşrəfov son mənzilə yola salınıb.

“Report” xəbər verir ki, mərhum doğulduğu Masallı rayonunun Bədalan kəndində anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, COVID-19-a yoluxan B.Əşrəfov ötən gün evində dünyasını dəyişib.