25 aprel 2021 02:38
1127

Məşhur repçi oteldə ölü tapıldı

Hip hop ulduzları DMX və Black Robindən sonra Şok Cinin də ölüm xəbəri gəlib.

"İki sahil" Türkiyə  mətbuatına istinadən xəbər verir ki, “Tupac”ı rep dünyasına bəxş edən insan kimi tanınan Şok Cinin vəfatı musiqi aləmini sözün əsl mənasında sarsıdıb. Məşhur repçi otel otağında ölü tapılıb. Şokun ölüm səbəb isə hələ ki, açıqlanmır.

Onun dünyasını dəyişməsi ilə  bağlı “Underground” rəqəmsal platformasının yaradıcısı Çopmaster Cey İnstaqram hesabında məlumat verib və onunla şəklini paylaşıb: “34 il əvvəl səninlə bir hip hop qrupu yaradaraq bütün dünyanı özümüzə heyran edəcəyimizə söz vermişdik. Hüzur içində yat Şok Ci” -deyə, paylaşımda qeyd edilib.