Bülbülün Şuşa şəhərindəki ev muzeyinin bərpası zamanı böyük sənətkarın Bakıdakı Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
“Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”, - Nazirlikdən bildirilib.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?