Ermənilər tərəfindən dağıdılan binalardan biri də əsası 90 il əvvəl Füzulidə qoyulan “Araz” qəzetinin redaksiyasıdır və bu bina bərpa ediləcək.
"İki sahil" xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb.
Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet “Araz” qəzeti olub. Füzuli Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı deyir ki, “Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır” prinsipi ilə çap edilən “Araz” qəzeti rayon mətbəəsində həftədə üç dəfə olmaqla 3500-4000 nüsxə tirajlanırdı.
“Araz” qəzeti redaksiyası 1931-ci ildə yaradılıb. Qəzet 1966-cı ilə qədər “Qızıl Araz” adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə “Araz” adı ilə nəşrini davam etdirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?