Qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən Xalq Çalğı Alətləri muzeyində Azərbaycan milli musiqi alətlərinin sərgiləndiyi xüsusi guşə var.
"İki sahil" xəbər verir ki, muzeyin rəhbəri Revaz Kotrekadze Gürcüstanda olan azərbaycanlı musiqiçilərdən danışıb. O, gürcü xalqının azərbaycanlılara məxsus musiqi alətlərinə olduqca böyük maraq göstərdiyini qeyd edib.
Qeyd edək ki, Gürcüstan Xalq Çalğı Alətləri muzeyi ilə yanaşı, qonşu ölkədə fəaliyyət göstərən bir çox digər tarix və diyarşünaslıq muzeylərində də musiqi alətlərimiz, məişət əşyalarımız, eləcə də özündə Azərbaycan mədəniyyətini və tarixini əks etdirən digər eksponatlar saxlanılır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?