Ağdaş rayonunun Binələr kənd sakini qazi Səfərov Murad Gülyar oğlu müharibə zamanı 8 döyüş yoldaşının eyni anda şəhid olmasından danışıb.
O, “İki sahil”ə müsahibəsində bildirib ki, Suqovuşan istiqamətində hərəkət edərkən atılan minamyot nəticəsində 8 döyüş yoldaşı yerindəcə şəhidlik məqamına yüksəlib: “10 nəfərlik qrup idik, posta doğru hərəkət edirdik. Ani olaraq ermənilər minamyot atmağa başladılar. 8 nəfər döyüş yoldaşım elə yerindəcə şəhid oldu. Ağdaşın Kükəl kəndindən Vüsal var, qəlpə sağ qolunu qopardı, mənim də ayaqlarıma 13 qəlpə girdi. Oradan sağ çıxan elə biz ikimiz olduq. 15-20 dəqiqə yaralı halda qaldıqdan sonra tibb maşını gələrək bizi ərazidən çıxardı”.
Taleh Bağırov, “İki sahil”