05 aprel 2021 16:15
1215

Azərbaycan və Gürcüstan arasında mədəni sahədə əməkdaşlıq müzakirə edilib

Heydər Əliyev Fondu ilə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsi arasında əlaqələr müxtəlif layihələr vasitəsi ilə dərinləşdiriləcək.

"İki sahil"in apa-ya istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadza Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşü zamanı deyib.

O bildirib ki, tərəflər iki ölkə arasında mədəni əlaqələrin yeni dinamikasını, mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, həm Azərbaycanda, həm də Gürcüstanda tezliklə maraqlı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.