Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.
"İki sahil" xəbər verir ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət "Alp Arslan" tarixi seriyalının Qazax çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.
AZƏRTAC-ın məlumatına görə, türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellərin yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib.
Bundan başqa, tərəflər arasında “Korkıt Ata” tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?