Sultan Süleymanın portreti Londonda 350 min funt sterlinqə satılıb.
Məşhur “Sotheby” auksion evi tərəfindən təşkil edilən hərracda Qanuni Sultan Süleymanın portreti satışa çıxarılıb. Hərrac evinin komissiyası əlavə edildikdə, son satış qiyməti 438 min 500 funt sterlinq olaraq elan edilib. Beləliklə, tablo gözlənilən qiymətin 4 qatına satılıb.
Portretin, bənzərlərindən fərqli olaraq, mis lövhədə çəkildiyi elan edilib.
Portreti alan şəxsin kimliyi açıqlanmayıb.
XIX əsrdən bəri bir Fransız ailəsinə aid olan portretin XVI əsrdə italyan rəssam Cristofano Dell 'Altissimo tərəfindən çəkildiyi bildirilir.
AZƏRTAC
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?