Vaqifin Şuşadakı məqbərəsinin bərpası yay aylarında başa çatacaq
“Zəfər Muzeyi möhtəşəm kompleks muzey olacaq”.
“İki sahil” xəbər verir ki, bu barədə Qubada jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, muzeyin inşasına layihə hazır olandan və təsdiq olunandan sonra başlanılacaq. O bildirib ki, bu, dünyada unikal bir yer olacaq.
A. Kərimov Ağdamda açıq səma altında işğal muzeyinin inşasının nəzərdə tutulduğunu və prosesə beynəlxalq ekspertlərin də cəlb olunduğunu deyib: “Məqsəd ondan ibarətdir ki, insanlar bu dağıntılarının miqyasını və erməni vəhşiliklərini, xislətini görə bilsinlər”.
Nazir bildirib ki, bu il Şuşada Xarı Bülbül festivalının da keçirilməsi nəzərdə tutulub.
O bildirib ki, Prezidentin sərəncamı ilə Şuşada Vaqifin məqbərəsinin də bərpa işlərinə başlanılıb və yay aylarında bu proses başa çatacaq.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?