Moskva Dövlət Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar komissiyası Rusiya paytaxtında türk şair və mütəfəkkiri Yunus Əmrənin heykəlinin ucaldılması təklifini müzakirə edib.
"İki sahil" xəbər verir ki, bu barədə komissiyanın sədri Yevgeni Gerasimov məlumat verib. Onun sözlərinə görə, komissiyanın üzvləri səs çoxluğu ilə türk şair və mütəfəkkirinin heykəlinin ucaldılmasını dəstəkləyiblər.
Yunus Əmrənin heykəli Moskvadakı “Muzeon” İncəsənət Parkında ucaldılacaq. Eyni zamanda, Ankarada ilk kosmonavt Yuri Qaqarinin abidəsinin ucaldılacağı da gözlənilir.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?