Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.
"İki sahil" xəbər verir ki, bu barədə onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
O bildirib ki, atası ötən gün vəfat edib: "Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik".
Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?