16 mart 2021-ci il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, bəstəkar və pianoçu Etibar Əsədli tərəfindən BMA-nın Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbələri üçün “Musiqi sahəsində sahibkarlıq” mövsuzunda mühazirə keçirilib.
“İki sahil” xəbər verir ki, giriş sözü ilə çıxış edən Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonağa mühazirənin keçirilməsinə görə təşəkkürünü bildirmiş, mövzunun aktuallığını bir daha vurğulamış və bütün iştirakçılara uğurlar arzulamışdır.
Qeyd edək ki, mühazirə Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən və BMA-nın tərəfdaşı olduğu Creative Spark Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində təşkil olunub. Onlayn formatda baş tutmuş görüşdə musiqi və kreativ sahibkarlıq sahələrində mövcud problemlər və imkanlar, freelancerlik fəaliyyəti, musiqiçilər üçün biznes bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bir sıra digər məsələlər müzakirə olunub.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?