17 mart 2021 10:33
1250

İsmayıl bəy Qutqaşınlının hekayəsi İran ədəbiyyat jurnalında FOTO

"İki sahil" xəbər verir ki, İranın populyar “Qürub” ədəbiyyat jurnalı “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının fars dilinə tərcümə edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsini nəşr edib.

Qeyd edək ki, 2016-cı ildən nəşrə başlamış jurnal öz səhifələrində müntəzəm olaraq Vilyam Şekspir,  Avqust Strindberq, Arseni Tarkovski, Tomas Tranströmer kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.