Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.
"İki sahil"in məlumatına görə, paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar!
Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTO