15 mart 2021 10:43
1030

Real TV-nin 3 yaşı tamam olur

Bu gün telekanalın 3 yaşı tamam olur.

"İki sahil" xəbər verir ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib. 17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib. 23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.
 
Xatırladaq ki, Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.

Kanal həm kabel televiziyalarında, həm də peyklə yayımlanır.

Real TV-yə tanınmış jurnalist Mirşahin Ağayev rəhbərlik edir.

"İki sahil" media qrupu olaraq Real TV-ni təbrik edir, həmkarlarımıza fəaliyyətlərində uğurlar arzu edirik.