Martın 20-də və 21-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan Sərgi-Ticarət Mərkəzində Novruz bayramı münasibətilə rəngarəng tədbir keçiriləcək.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Moskva Şəhər Mədəniyyət Departamentinin mədəniyyət mərkəzlərinin dəstəyi və iştirakı ilə MDB-nin 30 illiyi çərçivəsində təşkil olunub.
Qonaqları səhnə tamaşaları, Azərbaycanın milli güləşi üzrə nümunəvi çıxışlar, rus və Azərbaycan rəqsləri, xalq sənətkarlarının ustad dərsləri, Qara Qarayev adına Moskva Musiqi Məktəbinin şagirdlərinin, “Yarineya” vokal-xoreoqrafiya kollektivinin, rus və Azərbaycan rəqs ansambllarının, kazak xorunun iştirakı ilə konsert proqramı gözləyir.
Bayram tədbiri çərçivəsində Azərbaycan istehsalçılarının məhsullarının dequstasiyası təşkil ediləcək. Qonaqlara müxtəlif ekzotik içkilər, mürəbbələr və Azərbaycan şirniyyatları təqdim olunacaq.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?