13 mart 2021 09:43
1672

 “Nizami Romans Respublika müsabiqə - Festivalı” keçiriləcək

Müsabiqə Təhsil Nazirliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Nizami ili” çərçivəsində GƏNC BƏSTƏKARLAR arasında keçiriləcək

Prezident İlham Əliyev Nizami Gəncəvinin  anadan olmasının 880 illiyi münasibəti ilə Nizami irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2021-ci ili Azərbaycan Respublikasında “Nizami ili” elan etmişdir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Nəsimi ili” çərçivəsində Üzeyir Hacıbəyli adına BMA tərəfindən müvəffəqiyyətlə keçirilən “Nəsimi romans” müsabiqə-festivalı, dahi Nəsimi irsinin və gənc bəstəkarların romanslarının həm vətənimizdə, həm də ölkəmizin hüdudlarından kənarda uğurlu təbliğatına səbəb olmuşdur. Bu uğuru nəzərə alaraq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 2021-ci il “Nizami Gəncəvi” ili çərçivəsində  perspektivli, yaradıcı, istedadlı bəstəkarların müəyyən edilməsində, Nizami Gəncəvinin  sözlərinə yeni əsərlərin yazılması ilə Nizami irsinin müasir gənc bəstəkarların yaradıcılığına təzahüründə, gələcək fəaliyyətlərinin peşə inkişafında və  dəstəklənməsində, yeni musiqi dili və onun inkişaf yollarının axtarılması məqsədi ilə gənc bəstəkarlar arasında “Nizami Romans” müsabiqə-festivalını elan edir. Müsabiqə 1 seçim turu (16 iyun 2021-ci il) və final-konsert-mükafatlandırma mərhələsindən (18 iyun 2021-ci il) ibarətdir.

“İki sahil” xəbər verir ki, “Nizami Romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Üzeyir Hacıbəyli adına BMA nın rektoru, professor Fərhad Bədəlbəylidir. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil olunacaqdır. Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr ediləcəkdir.

Müsabiqəyə 18-35 yaş arası akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlar qatıla bilərlər. Bəstəkarlıq təhsili vacib və əsas şərtdir. Təqdim olunan əsərlər heç bir layihədə səslənməməli, müsabiqə üçün xüsusi yazılmalıdır və 14 may 2021-ci il tarixinə qədər [email protected]  elektron ünvanına PDF formatında göndərilməlidir. Təqdim olunan elektron ünvana həmçinin bəstəkarın tərcümeyi-halı da göndərilməlidir. ( məlumatda müsabiqəyə təqdim olunan əsər haqqında ümumi məlumat və ifaçılar da qeyd olunmalıdır.)

Müsabiqənin mərhələləri haqda geniş məlumat:

I mərhələ- 16 iyun 2021ci il

Müsabiqənin ilk mərhələsində gənc bəstəkarların 4-8 dəqiqəlik Nizaminin sözlərinə yazılmış 1 romansı ifa olunur və münsiflər heyətinin tam tərkibinə təqdim edilir. Gizli səsvermə yolu ilə nəticələrə görə finalistlər (qaliblər) təyin olunur.

Final- konsert mərhələsi 18 iyun2021 ci il

Müsabiqənin münsifləri tərəfindən təyin olunan 6 qalib bəstəkarın adları açıqlanır, laureatların əsərləri ifa olunur və müsabiqənin şərtlərinə görə seçilmiş 3 laureat və 3 diplomanta diplomlar və mükafatlar təqdim edilir.  Digər iştirakçılara və ifaçılara isə həvəsləsdirici diplomlar verilir. Bütün müsabiqə iştirakçılarına nəşr olunmuş  müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı hədiyyə olunur.

Müsabiqənin əsas şərtləri aşağıdakı kimidir:

Müsabiqədə 18-35yaş arasında  bəstəkarlıq təhsili olan bəstəkarlar  iştirak edə bilər.

Hər bir bəstəkar dahi şair Nizaminin sözlərinə 1 romans (vokal əsərləri instrumental müşaiətlə) yazıb təqdim etməlidir.

Romans 8 dəqiqə limitini keçməməlidir.

İfaçı sayı vokal ifaçısı daxil olmaqla 6 nəfəri keçməməlidir.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir

Final turuna 6 qalib iştirakçının adı açıqlanır mükafatlandırılır.

Qaliblər pul mükafatı və diplomla təltif olunur

Müsabiqə  1 turdan və final-mükafatlandırılma mərhələsindən ibarətdir

Bütün iştirakçılara xüsusi sertifikat və nəşr olunmuş“Nizami Romans” toplusu kitabı təqdim olunur

Münsiflər heyətinin qərarı həll edicidir.

[email protected]  elektron ünvanına 14 may tarixinə qədər əsərləri (PDF və Sibelius), seçilən şer və  bəstəkarın tərcümeyi-halı göndərilməlidir. ( məlumatda bəstəkarın əlaqə nömrələri, email ünvanı qeyd olunmalı, müsabiqəyə təqdim olunan əsər haqqında və ifaçılar haqqında ümumi məlumat qeyd olunmalıdır.)

Müsabiqə qaliblərinin mükafatlandırılması aşağıdakı kimidir:

I ci yer — 800 manat və 1-ci dərəcəli diplom

II ci yer — 500 manat və 2-ci dərəcəli diplom

III cu yer — 300 manat və 3-cü dərəcəli diplom

Müsabiqə laureatlarinin pedaqoqlarına diplom təqdim olunacaq

IV, V, VI yer iştirakçıları –diplomat və 200 manat dəyərində mükafat və nəşr olunmuş“ Nizami Romans” toplusu kitabı təqdim olunur.

(Bütün iştirakçılara xüsusi sertifikat və nəşr olunmuş“Nizami Romans” toplusu kitabı təqdim olunur)

Daha ətraflı məlumat üçün link-keçid:  www.musicacademy.edu