"Hazırda Ermənistanın ərazisi olan tarixi Azərbaycan torpaqlarındakı abidələrimizin vəziyyəti ilə bağlı da nazirlik tərəfindən müəyyən işlər görülməkdədir".
"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
"Bu yaxınlarda Türkiyəyə səfər çərçivəsində orada da bu məsələni müzakirə etdik. Orada arxiv sənədləri ilə bağlı işlər aparılır ki, gələcəkdə əzəli torpaqlarımız olan İrəvan xanlığı ərazisində dağıdılmış abidələrimizlə bağlı materialları beynəlxalq aləmə təqdim və təbliğ edək", - nazir bildirib.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?