Heydər Əliyev Sarayının Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.
Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb.
2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr
pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib.
İngilis, Fransız və Rus dillərini bilir.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?